Complimentary consultation available!
2022-ci ildən Dubayda şirkətlərin təsisi, firmaların qeydiyyati və biznesin təşkil olunmasını həyata keçiririk. İdeyanızin reallaşdırılmasını asanlaşdırıriq. Şirkətin adının seçilməsinden tutmuş, fəaliyyət növü üzrə tələb olunan icazələrin alınması, bank hesabının açılması və rəsmi qaydada rahat fəaliyyət göstərə bilməniz üçün işlərinizi asanlaşdırır və yollarınızı rahatlayırıq!
20 ildən çox Birləşmiş Ərəb Əmirliklərində yaşayaraq, buranın mədəniyyətini və ünsiyyətini dərindən mənimsəyərək, vətəndaşlarımızin istək və tələblərini tam anlayaraq peşəkar bir yanaşma göstəririk. Öncədən, fəaliyyət növü ilə əlaqədar bütün tələb olunan məsələlərə aydınlıq gətirir və müştərilerimizin daim yanında oluruq! Çünki biz, vətəndaşlarımızın burada şirkət təsis edib, iş qurub tanınmaqlarına həm sevinir həm də qürur duyuruq!
Ərəb Əmirliklərində Azad Zona (Free Zone) və ya Sərbəst qaydada (Mainland) şirkət açmaq mümkündür. Bu iki tipli şirkət formatından hansının uyğun olması fəaliyyət növündən asılı olaraq dəyişir. Təsərrüfat subyekti, inzibati müəssisə, ticarət obyekti və ya xidmət sahəsi kimi bir çox fəaliyyət növləri kateqoriya şəklində bölünür. Sizin fəaliyyətə ən uyğun lisenziyanın alınmasını təşkil edəcəyik!
Fəaliyyət növünə uyğun olaraq müvafiq lisenziya kodu seçilir və müraciət edilir. Bəzi fəaliyyət sahələri üçün İqtisadiyyat Nazirliyinin verdiyi lisenziyadan əlavə sənədlər də tələb olunur.
Həmin sənədlərə dair tələblərin yerinə yetirilməsi, ərizələrin hazırlanması və digər rəsmi qurumlarla bağlı prosedurlar bizim tərəfimizdən icra olunur.
Siz isə biznesinizə fokuslanmaq üçün kifayət qədər vaxt qazanırsınız.
Dubayda korporativ bank hesabının açılması üçün bir sıra tələblər mövcuddur. Standart prosedurlardan əlavə, müxtəlif bankların fərqli sorğu və sənəd tələbləri ola bilər. Biz, ən qısa zamanda bu tələblərə uyğun cavabları və müvafiq sənədləri toplayaraq, şirkətinizin bank hesabının aktivləşdirilməsi prosesində tam dəstək göstəririk.
Əlavə dəyər vergisi 5% olmaqla yanaşı, Dubayda 9% korporativ vergi qanunu da qüvvədədir.
Şirkətinizin müvafiq vergi sertifikatlarını vaxtında əldə etməsini, cərimələrin qarşısının alınması üçün vergi uçotunun tam zamanında aparılmasını və hesabatların qaydalara uyğun şəkildə tərtib edilməsini təmin edirik.
Lisenziya əldə etmiş bütün şirkətlər Miqrasiya Departamentində qeydiyyatdan keçməli və təsis kartı əldə etməlidirlər. Şirkət sahibi (və ya sahibləri) İnvestor vizası almaq, eləcə də sonradan şirkətə əməkdaşlar cəlb edib vəzifələndirmək üçün bu təsis kartından istifadə olunur. Bununla yanaşı, Əmək Nazirliyində də qeydiyyat prosesi həyata keçirilməlidir.
Brendin formalaşdırılmasından başlayaraq, məhsul və ya xidmətlərinizin Dubayda və ya Azərbaycanda tanıdılması, hədəf auditoriyaya çatdırılması üçün tam Marketinq və Reklam xidmətləri təqdim edirik.
Sosial media idarəçiliyi, rəqəmsal kanallar, dizayn, qrafika və digər vizual kommunikasiya vasitələri ilə brendinizin effektiv şəkildə mövqeləndirilməsini təmin edirik.
Ünvan: Sheikh Zayed Road - Dubai - United Arab Emirates
Open today | 09:00 am – 05:00 pm |
We use cookies to analyze website traffic and optimize your website experience. By accepting our use of cookies, your data will be aggregated with all other user data.